Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ermənistanın mina terroru ilə bağlı Ad-hoc hesabatı hazırlandı - AÇIQLAMA

Ermənistanın mina terroru ilə bağlı Ad-hoc hesabatı hazırlandı 

Ermənistanın Azərbaycanda mina terroru ilə bağlı məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatı hazırlanıb.

Yenixeber.org: Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Müvəkkil mina probleminin aradan qaldırılmasının dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu qeyd edərək minaların və hərbi sursatların partlaması nəticəsində bu günədək 300-dən çox şəxsin həyatını itirdiyini və ya ağır yaralandığını, bu göstəricilərin artmaqda davam etdiyini bildirib.

S.Əliyeva mövcud mina probleminin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdış prosesini ləngitdiyini, bölgədə həyata keçirilən bərpa və quruculuq işlərinə, habelə regionda sülh quruculuğu prosesinə ciddi maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ombudsman həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə cəbhə xəttində, ona yaxın ərazilərdə, eləcə də mülki əhalinin hədəfə alındığı şəhər və rayonlarda faktaraşdırıcı missiyaların həyata keçirildiyini, mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam etməsi barədə məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatının hazırlandığını bildirib.

Müvəkkil hazırlanmış sənədlərin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, habelə müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim olunduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam