Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Urmiya gölünün səviyyəsi son 60 ildə ən aşağı həddə enib

İranın son illərdə üzləşdiyi ən ciddi problemlərdən biri də içməli su çatışmazlığıdır. Bununla belə, İran hökuməti Cənubi Azərbaycanda yerləşən unikal Urmiya gölünün xilası üçün zəruri olan addımları atmır.
Yenixeber.org: Urmiya gölünün səviyyəsi son 60 ilin ən aşağı səviyyəsinə çatıb və bu ilin sentyabrına qədər bu göldə mümkün ölüm baş verə və yaxud da göl bataqlığa çevrilə bilər.
İsa Kəlantəri Urmiya gölü tədqiqat layihəsi və Şərif Texnologiya universitetinin Uzaqdan Zondlama mərkəzinin birgə araşdırmasının gəldiyi nəticələrə əsasən belə açıqlama verib.
“Son iki ildə Urmiya gölünün daxilindəki suyun hazırkı həcmi 2015-ci ilin eyni tarixindəki miqdarından azdır. Gölün quruması onlarla kilometr ətraf ərazilərdə olan sakinləri buradan uzaqlaşdıracaq və onun duzu İranın şimal-qərbindəki hər bir canlının gözünə gedəcək. Urmiya gölünün suyunun həcmi 700 milyon kubmetrə enib. İbrahim Rəisinin rəhbərliyindən bəri Urmiya gölünün hündürlüyü 97 sm azalıb, suyunun səviyyəsi isə 3100 kvadrat kilometrdən 920 kvadrat kilometrə düşüb. Bu il yayın sonuna qədər Urmiya gölündə su olmayacaq və göl yəqin ki, bataqlığa çevriləcək”, - Kəlantəri deyib.
Sabiq məmur, həmçinin, gölün tamamilə quruyacağı halda “ilk qurbanların Təbriz əhalisi və Urmiya gölünün şərq kənarı olacağı” barədə xəbərdarlıq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam