Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Beynəlxalq Enerji Agentliyi:İran neft hasilatını artırıb

 İranın neft hasilatı ötən ay, Çinli müştərilərə “ağır endirimlər” sayəsində son 5 ildə ən yüksək səviyyəyə çatıb.
Yenixeber.org:  Ötən ilin noyabr ayında OPEC üzvlərinin qiyməti saxlamaq üçün neft hasilatını yenidən azaltmaq qərarına gəldikdən sonra İranın gündəlik neft hasilatı 530 min barrel artaraq iyun ayında sutkada 3,1 milyon barrelə çatıb.
Bu imkan İranın Venesuela və Liviya ilə birlikdə OPEC+ formatında neft hasilatının azaldılması razılaşmasından azad olması nəticəsində yaranıb.
Neft tankerlərinin təqibi şirkətlərinin və etibarlı qərb mediasının statistikasına görə, İranın gündəlik xam neft və qaz kondensatı ixracı da artaraq bu ilin may ayından etibarən sutkada 1,5 milyon barreldən çox olub.
İranın neft hasilatı və ixracının artmasına baxmayaraq, bu rəqəmlər hələ də ABŞ-nin sanksiyalarının tətbiqindən əvvəlki dövrdən xeyli aşağıdır. Belə ki, İranda sutkada 3,8 milyon barrel xam neft hasil olunan vaxtlarda, xam neft və qaz kondensatının ümumi ixracı 2,5 milyon barrel təşkil edirdi.
İranın neft ixracının həcmi ötən illə müqayisədə 50% artsa da, hazırda dünya bazarlarında neftin qiyməti həmin dövrdəki məzənnə ilə müqayisədə təxminən 33% azalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam