Ərdoğan:"Vladimir Putinin avqustda Türkiyəyə səfərinə hazırlıqlar görülür"
“Avqust ayında Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün hazırlıqlar görülür”.
Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səfərin dəqiq tarixi hələ ki, məlum deyil.
Ərdoğanın sözlərinə görə, tərəflərin müzakirə edəcəkləri bəzi mövzular var.