Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bakıya səfərimizin səbəbi var -Türkiyə spikerindən önəmli AÇIQLAMA

Bu gün qardaş ölkəmiz Azərbaycandayıq. Türkiyədə fəaliyyətə başlayan rəsmi şəxslərin etdiyi kimi, ilk rəsmi səfərimizi Şimali Kiprə və Azərbaycana etdik.  

Yenixeber.org:  Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda jurnalistlərə açıqlamasında deyib. 

Spiker Azərbaycanın Türkiyə üçün qardaş ölkə və yaxın müttəfiq olduğunu bildirib:"Azərbaycan bizim üçün Cənubi Qafqazda müttəfiq ölkələrdən biridir. Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Bundan başqa biz təkcə Azərbaycanla deyil, digər Türk dövlətləri ilə də əlaqələri gücləndirməyi düşünürük. Bu gün Türkiyə xarici siyasətdə, iqtisadiyyatda və digər sahələrdə əməkdaşlığa daha çox diqqət yetirir". 

Kurtulmuş Türkiyənin xarici siyasətindən və Prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitində iştirakından da söz açıb."Cənab Prezident Ərdoğan Vilnüsdə NATO samimitində iştirak edərkən bizim burada olmağımızın səbəbi var. Bunun səbəbi Türkiyənin Türk dövlətləri ilə əlaqələrini yüksək səviyyədə davam etdirdiyini göstərməkdir. Bundan sonra da əsas hədəflərimiz Türk dünyasının siyasətini dünyada tanıtmaqdır. Bakıya səfərimizin Türk dünyasına böyük töhfə verəcəyini düşünürük", - deyə spiker qeyd edib. 

O vurğulayıb ki, TBMM heyətinin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır: 

“Türkiyə türk dövlətləri ilə olan münasibətləri çox əhəmiyyətli hesab edir, eyni zamanda Azərbaycanla. Bir qədər sonra Prezident İlham Əliyevlə, Milli Məclisin sədri və Baş nazirlə görüşəcəyik. Bugünkü görüşlərimiz olduqca əhəmiyyətlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam