Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Özbəkistan MSK:"Şavkat Mirziyoyev 87,05 faiz səslə yenidən Prezident seçilib"

Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz səslə qalib gəlib.

Yenixeber.org:  Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bildirib.

O qeyd edib ki, Ş.Mirziyoyevi bu nəticə ilə yenidən Prezident seçilib.

Məlumata görə, digər iddiaçılar - Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini, “Ədalət” - Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Robaxon Maxmudov 4,43 faiz, Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov Abdşukur Xamzayev 3,74 faiz səs toplayıb.

Qeyd edək ki, Ş.Mirziyoyev 1957-ci ildə anadan olub. 2003-cü il dekabrın 11-də Özbəkistanın Baş naziri vəzifəsinə təyin olunub. O, ilk dəfə 2016-cı il dekabrın 14-də Özbəkistan Prezidenti seçilib.

2021-ci ilin oktyabrında keçirilən seçkilərdə yenidən qalib gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam