Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aİ Ali Nümayəndəsi:Çinin yüksəlişinə qarşı olmamalıyıq, o artıq gücdür

"Biz Çinə dialoq təklif etməliyik".

Yenixeber.org:  Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Dubrovnik Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

"Çinlə münasibətlər geosiyasi çətinlik ola bilər, amma Çin Rusiya deyil, bu iki ölkəni eyni səviyyəyə qoymayaq. Enerji sahəsində Rusiyadan asılılığımıza necə son qoymuşuqsa, Çinlə də eynisini etməli, asılılığı azaltmalıyıq. Lakin eyni zamanda biz dünyanı iki ekosistemə bölməkdən və qarşıdurmadan çəkinməliyik. Diqqətli olmalıyıq. Bizim Çindən rəqəmsal sahədə o qədər asılılığımız yoxdur, hansı ki, enerji sahəsində Rusiyadan asılılığımız vardı. Bu qeyd olunmalıdır. Ancaq hesab edirəm ki, biz Çinə əminlik hissi vermək üçün və eyni zamanda bu ölkədən müəyyən öhdəliklər almaq üçün Çinə dialoq təklif etməliyik. Məsələn, mən düşünürəm ki, biz güc kimi Çinin yüksəlişinə qarşı olmamalıyıq. Çünki o güc olacaq, o artıq gücdür. Əsas məsələ Çinin öz gücünü necə istifadə edəcəyidir ki, bu da daha inkişaf etdirilmiş və mürəkkəb yanaşma tələb edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam