Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Albaniya Prezidenti Azərbaycan liderinə təşəkkür edib

"Bu gün Sizinlə burada, möhtəşəm Bakı şəhərində görüşməyimdən çox məmnunam. Eyni zamanda, Sizə mənə və nümayəndə heyətinə göstərilən çox isti qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm".

Yenixeber.org:  Bu sözləri Albaniya Prezidenti Bayram Beqay iyulun 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüş zamanı deyib.

"Əminəm ki, görüşlərimizin intensivliyi iki ölkə arasında qardaşlıq ruhuna əsaslanan dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı sadiqliyimizi və birgə iradəmizi bir daha təsdiq edir. Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Sizin də qeyd etdiyiniz kimi, bizim əla münasibətlərimiz var və çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun. Şəxsən Sizin ölkələrimiz arasında əlaqələrin tarixinin yeni səhifəsinə sadiqliyinizi və töhfənizi yüksək qiymətləndirirəm. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik", - Albaniyanın dövlət başçısı söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam