Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Ağac kəsməyə görə cəzalar sərtləşdirilir

Qanunsuz ağac kəsimləri ilə bağlı qanunvericilikdə müxtəlif məsuliyyət növləri var. Hüquq pozuntusu barədə məlumat daxil olduqda araşdırılır. 

Yenixeber.org:  Bunu "Ekologiyanın mühafizəsi"adlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.  

O bildirib ki, ilkin olaraq dəymiş ziyanın həcmi dəqiqləşdirilir: "Əgər dəymiş ziyanın həcmi çox böyük deyilsə, inzibati xəta haqqında iş başlanır və protokol hazırlanır. Dəymiş ziyanın həcmi ağır olduqda, daha dəqiq desək qanunvericilikdə bu 1000 manatdan çox ziyan kimi qiymətləndirilir. Bu cür hallarda dəymiş ziyan ağır hesab edilir və fakt barədə cinayət işi açılır. Düşünürəm ki, qanunvericilikdə tətbiq edilən cəza tədbiri görülən qanun pozuntularına müvafiq seçilib və heç də yüngül cəzalar deyil. Bunu bizim statistikaya nəzər saldıqda da görmək mümkündür. Tərəfimizdən tətbiq edilən istər inzibati cərimələr, sanksiyalar, məhkəmə hökmü əsasında verilən cəzalar təsiri bu istiqamətdə qanun pozuntularının azalmasına xidmət edir. Düşünürəm ki, bu istiqamətdə görülən qabaqlayıcı, maarifləndirici tədbirlər də effektini verir. Zərurət yaranarsa, gələcəkdə hu istiqamətdə tədbirlərin ağırlaşdırılmasına baxıla bilər". 

E.Musayev məsələnin kökündə məlumatsızlığın dayandığını diqqət çəkib: "Bu sahədə maarifləndirmə işləri artırılmalıdır. Hər problemin həllinin kökündə mütləq mənada maariflənmə dayanır. Düşünürəm ki, bu problemlərin həlli üçün əsas məqsəd maarifləndirilməyə daha çox diqqət etməkdən keçir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam