Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Salvadorun eks-prezidenti 6 il azadlıqdan məhrum edilib

Salvadorun eks-prezidenti Maurisio Funes 6 il azadlıqdan məhrum edilib.

Yenixeber.org:  Bu barədə məhkəmənin qərarına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Funes 2014-cü ildən, yəni prezidentlik müddəti bitdikdən sonra təxminən 85 min dollar məbləğində vergidən yayınmaqda təqsirli bilinib. Altı il həbsdən əlavə, o, 200 min dollar məbləğində cəriməyə məhkum edilib.

Bu, keçmiş Salvador lideri üçün ikinci məhkumluq və həbs müddətidir. Mayın 30-da Salvador hakimiyyəti onu cinayətkar dəstələrin üzvləri ilə əlbir olmaqda ittiham edərək qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.

Funes ölkəyə 2009-2014-cü illərdə rəhbərlik edib. 2016-cı ildə ona Nikaraquada sığınacaq verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam