Vagner yürüşündən sonra Rostova dəymiş ziyan qiymətləndirilib.
Yenixeber.org: İlkin hesablamalara görə, dəymiş ziyanın məbləği 92,5 milyon rubl (1 milyon dollar) təşkil edib. Bu barədə Rostov şəhərinin meneceri Aleksey Loqvinenko bildirib.
Bərpa işlərinin yekun həcmi təmir işləri başa çatdıqdan sonra məlum olacaq.