Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ürəkdən ölənlər... -Azərbaycan dünyada ikincidir

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir. Bu xəstəlik gün ərzində minlərlə insanın ölümünə səbəb olur. Azərbaycanda da ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət ürəkaçan deyil. 

Yenixeber.org:  Bu barədə dünyaca məşhur statistik mənbələrdən biri olan "worldlifeexpectancy"-nin apardığı araşdırmada qeyd olunur. 

Ürək, qan-damar sistemi xəstəlikləri səbəbindən baş verən ölüm hallarına görə Azərbaycan Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Belə ki, Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub. 

Siyahıda üçüncü Özbəkistan, dördüncü Ukraynadır. Qafqaz ölkələrindən Gürcüstan 24-cü, Ermənistan isə 28-ci yerdədir. 

Qardaş Türkiyə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinq siyahısında 127-ci yerdə qərarlaşıb. Qonşu Rusiya isə siyahıda 27-cidir. Digər postsovet ölkələrindən Belarus 10, Qırğızıstan 16, Moldova 18, Qazaxıstan 35, Latviya 49-cu yerdə müəyyənləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam