Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Son 60 ilin ən isti günü...

Çində son 60 ilin ən isti günləri qeydə alınıb. 

Yenixeber.org:Məlumatı Çinin Milli İqlim Mərkəzi yayıb. 

Bildirilib ki, cari il ərzində regional səviyyədə 4 dəfə isti hava qeydə alınıb, 21 dəfə ölkə səviyyəsində xəbərdarlıq elan edilib. Məlumata görə, xəbərdarlıqların 4-ü dördpilləli sistem üzrə yuxarıdan 2-ci olan “narıncı” səviyyədə olub. 

Havanın hərarətinin 35 dərəcədən yuxarı olduğu isti günlərin sayı orta hesabla 4,1 olub. Bəzi yaşayış məntəqələrində isti günlərinin sayı 10-dan da çox olub. 

Anomal isti hava ən çox Çinin şimal hissəsində yerləşən bölgələrdə, o cümlədən Hebey əyalətində müşahidə olunub. Hebeydə əyalət səviyyəsində 452 dəfə “qırmızı” səviyyədə xəbərdarlıq elan edilib. 

Bundan başqa, paytaxt Pekin və Tiencin şəhərlərində bir neçə gündür ki, anomal isti hava müşahidə olunur. Havanın hərarəti bəzən 40 dərəcəni ötüb. Ümumiyyətlə, 40 dərəcə isti hava 200 milyon insan yaşadığı bölgəni əhatə edib. 

Proqnozlara əsasən, isti hava şəraiti qarşıdakı günlərdə də davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam