Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Şərq və cənub istiqamətlərində azad etdiyimiz ərazilər artıb -Malyar

"Ukraynanın şərqində və cənubunda azad edilmiş ərazilərin sahəsi artıb". 

Yenixeber.org:  Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib. 

"Şərqdə əməliyyat şəraitinin yaxşılaşdırılması və cəbhə xəttinin nizamı nəticəsində işğaldan azad edilmiş ərazi 9 kvadratkilometr artırılıb. Müdafiəçilər Baxmut istiqamətində irəliləyir, düşmən isə Liman, Avdeyevski və Maryinskidə hücuma keçir. Cənubda işğaldan azad edilmiş ərazilərin sahəsi son bir həftə ərzində 28.4 kvadrat kilometr artıb. Müdafiə Qüvvələrinin hücumu Melitopol və Berdyansk istiqamətlərində, xüsusən Novoaydarovka, Priyutnoye, Novodanilovka, Robotino, Novoselka, Staromayorski bölgələrində davam edir. Cənubda işğaldan azad edilmiş ərazilərin ümumi sahəsi artıq 158.4 kvadrat kilometrdir", - deyə o qeyd edib. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam