Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İslam Əməkdaşlıq Təşkilatı toplanır -SƏBƏB


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İsveçdə Qurani-Kərimin yandırılmasını müzakirə edəcək.



Yenixeber.org: Diplomatik mənbələrdən verilən məlumata görə, İƏT məsələ ilə bağlı fövqəladə iclas keçirəcək və Qurani-Kərimin 28 iyun 2023-cü ildə İsveçin paytaxtı Stokholmda yandırılması ilə bağlı müzakirələr aparacaq.

İƏT Zirvəsi dövrünün sədri Səudiyyə Ərəbistanının tələbi ilə İƏT-ə üzv ölkələrin, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan, Mavritaniya və Kamerunun daxil olduğu İƏT İcraiyyə Komitəsinin üzvü olan ölkələrin Daimi Nümayəndələrinin iştirak edəcəyi Fövqəladə Açıq İştirak üzrə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Toplantıda bu alçaq hərəkətlərə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurani-Kərimə qarşı hörmətsizliyə qarşı ortaq münasibət nümayiş etdirilməsi qarşıya məqsəd kimi qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam