Rusiya erməniləri kimi dəstəkləyir? -Bəyanat
"Rusiya Erməniləri İttifaqı fikir ayrılıqlarını ultimatumlar və ölkədə iğtişaşlar yolu ilə həll etmək cəhdlərini qəbuledilməz və təhlükəli hesab edir".
Yenixeber.org: Bu barədə ittifaqın Rusiyada baş verən son hadisələrlə bağlı bəyanatında deyilir.
"Rusiya cəmiyyətini parçalamaq cəhdləri - kimdən olmasından asılı olmayaraq - dərhal dayandırılmalıdır. Priqojini silahlı üsyana sövq edən səbəblər və bəhanə xüsusi komissiya tərəfindən araşdırılmalıdır. İttifaq ictimaiyyəti təxribat xarakterli çağırışlara uymamağa, rəsmi məlumatlara inanmamağa və prezident Putinin ətrafında birləşməyə çağırıb", - deyə qeyd olunub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət və qiyam adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib