Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Rostov üsyandan sonra -YENİ GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin teleqram kanalında sensasion səs yazıları yayılıb. O, rəhbərlik etdiyi bölmələrin hücuma məruz qaldığını iddia edib və buna görə Rusiyanın hərbi rəhbərliyini günahlandırıb. 

Yenixeber.org:  Belə ki, Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 min nəfərlik silahlı dəstə ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini diqqətə çatdırıb. Məlum bəyanatdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib. 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, dövlət başçısı Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür. 

Digər məlumata əsasən, “Vaqner”in rəhbəri Yevgeni Priqojin artıq Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi, bu səbəbdən bütün tədbirlərin ləğv edildiyi iddia olunur. 

Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında yaydığı açıqlamada Priqojinlə bağlı vəziyyəti silahlı üsyan adlandırıb. "Vaqner"in döyüşçüləri ehtiyatlılıq nümayiş etdirməyə, idarənin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağa çağırılıb. Nazirlik şöbə və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayacaq döyüşçülərin təhlükəsizliyinə zəmanət verib. 

Muzdlularn üsyana başladığı Rostovdan yeni görüntüləri təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam