Əvvəl əldə ayaqqabı satardılar, indi dərman satırlar -Deputat
Ölkədə dərman idxalına mane olan səbəblər var.
Yenixeber.org: Bunu Milli Məclisin növbədənkənar sessiyasının deputat Etibar Əliyev bildirib.
“Gömrükdə dərmanlar aylarla saxlanılır. Onların hansı vəziyyət saxlanılması da sual altındadır. Firma dərmanlarının satılması artıb. Bu yaxınlarda yaxın qohumuma klinikaların birində diz qapağının qığırdağının bərpası üçün iynə vurdular. Firma təmsilçisi gəldi, iynənin qiymətinin 350 manat olduğunu bildirdi. Həmin dərmanda əldə satılır, apteklərdə yoxdur. Əvvəl əldə ayaqqabı satardılar, indi dərman satırlar”, - o qeyd edib.