Redaktor seçimi
Günün xəbəri

Hərbi helikopter çaya düşdü -Ölən və yaralananlar var

Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopterin Ottava çayına düşməsi nəticəsində 2 əsgər həlak olub, daha 2 əsgər isə yaralanıb. 

Yenixeber.org:Bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hərb helikopter yerli vaxtla saat 00:10 radələrində təlim uçuşu zamanı Ontario əyalətinin Petavava şəhərindəki hərbi baza yaxınlığında Ottava çayına düşüb. 

Kanadanın baş naziri Castin Trüdo helikopterdə olan 2 əsgərin həyatını itirdiyini, 2 əsgərin isə yaralı olaraq qəzadan sağ çıxdığını bildirib. O qeyd edib ki, qəza ilə bağlı hərtərəfli araşdırma aparılacaq. 

Qəzanın səbəbi hələlik məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam