Ermənistan ordusunda itki, yaralanma, intihar və qəza hadisələri– AYLIQ HESABAT
Yenixeber.org: 2017-ci ilin oktyabrın 1-dən 30-a kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, intihar, fərarilik və oğurluq faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.
Oktyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 7 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si təxribat, 2-si qəza, 1-i güllələmə, 1-i intihar nəticəsində, 1-i isə naməlum şəraitdə qeydə alınıb.
Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə silahla davranma qaydalarının pozulması, qəza, intihara cəhd, döyülmə, hərbi hissədə partlayış və digər hadisələrdə ən azı 31 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 11 fərarilik və 3 oğurluq faktı da aşklarlanıb.
3 oktyabr
Səhər saatlarında, Ermənistanda yerləşən hərbi hissələrdən birinin artilleriya alayına məxsus, yanacaq-sürtgü materialları anbarında növbəni dəyişən şəxsi heyəti daşıyan "ZİL" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən qəza baş verib və nəticədə ən azı 3 erməni hərbçisi müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar.
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə, onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edirlər.
Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilir. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib.
Daha bir hadisə hərbi texnikaya quluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqaviləli hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. Onun da təcili olaraq hospitala təxliyə edildiyi bildirilir.
4 oktyabr
Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb. Ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın halı daha da pisləşdiyindən həkimlər onun həyatını xilas edə bilməyib.
7 oktyabr
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postlarından birinə yaxın ərazidə mina partlaması nəticəsində Yervand Xaçatryan və Roland Diyeğazaryan adlı hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əsgər Vahe Qriqoryan isə, ona təhkim olunmuş silahını təmizləyərkən mövcud nasazlıq səbəbindən açılan atəş nəticəsində əlindən yaralanaraq taborun tibb məntəqəsinə yerləşdirilib.
İşğal altında olan Qarabağın Sırxavənd yaşayış məntəqəsində müdafiə zolağında mühəndis-istehkam işləri apararkən Aşot İsraelyan adlı hərbi qulluqçu da bədən xəsarətləri alıb. Hərbi qulluqçunun yaxınları A.İsraelyana münaqişə zəminində xəsarət yetirildiyi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər.
9 oktyabr
İşğal altında olan Qarabağda yerləşən qondarma qurumun seperatçı hərbi birləşmələrinə rəhbərlik edən Levon Mnatsakanyan "Erebuni" tibb mərkəzinə yerləşdirilib. Mnatsakanyanın xəstəxanaya ürək problemlərinə görə aparıldığı bildirilir.
Bir müddət öncə seperatçı qoşunların komandiri Levon Mnatsakanyanın mövqelərə yaxın ərazidə yaralanması barədə məlumatlar yayılmışdı. Hadisə daha sonra erməni KİV-ləri tərəfindən ört-basdır edildi. Görünür, həqiqətən də yayılan məlumatlar doğru olub və Mnatsakanyan ciddi xəsarət alıb.
10 oktyabr
Bir neçə gün əvvəl yeddinci dağatıcı alayının hərbi qulluqçusu Aron Harutunyan xidməti vəzifəsini yerinə yetirməkdən imtina etdiyinə görə, barəsində cinayət işi açılıb.
Beşinci dağatıcı alayında müqavilə əsasında xidmət edən Qurqen Qalustyan isə hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində axtarış elan edilib. Hərbi polisin təzyiqlərinə məruz qalan hərbçinin valideynləri övladlarının taleyindən xəbərsiz olduqlarını bildiriblər.
Altıncı dağatıcı alayın hərbi qulluqçusu isə, postda və blindajdakı soyuq şəraitdən bezərək xidmətdən yayınmaq üçün özünə qəsd edib. Yarası ağır olmadığına görə, alayın tibb məntəqəsində saxlanılır. Məsələni böyütməmək üçün susmağa razılaşan əsgər barəsində cinayət işi açılmayıb.
Əsgərlərdən biri valideynlərinə yazıb ki, iş o həddə çatıb ki, Ağdərədə əsgər yoldaşları tərəfindən döyülərək hospitala yerləşdirilən Arsen Aloyanın tibb müəssisəsində isti yerdə yatmasına digər hərbçilər həsədlə baxırlar.
10 oktyabr
Təxribat törətməyə çalışan erməni əsgər 1998-ci il təvəllüdlü Çaplin Armen Marqaryan ordumuzun cavab atəşi ilə məhv edilib. Atəşkəs rejimini pozarkən Azərbaycan Ordusu tərəfindən məhv edilən 19 yaşlı erməni əsgər Caplin Marqaryan Armavir vilayətindən orduya çağırılıb.
11 oktyabr
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birində xidmət edən hərbi qulluqçu Hovanes Qasparyan əlində qumbaranın atəş yığımının partlaması nəticəsində xəsarət alıb.
14 oktyabr
Araqatsnot vilayətinin Araqatsavan kənd sakini Ermənistanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi xidmət edən, baş leytenant Hrant Yeğiazaryan “Marşal Bağramyan” adına təlim mərkəzində, həmin hərbi hissənin baş giziri Arman Sarkisyanla mübahisə edib. Mübahisə zamanı, Yeğiazaryan baş gizirə bədən xəsarətləri yetirərək, ona qarşı fiziki zorakılıq tətbiq edib. Baş gizir də eynilə Hrant Yeğiazaryana qarşı zorakılıq tətbiq edib.
16 oktyabr
Ermənistanın Yexeqnadzor şəhərində avtomobil qəzasına düşən 9-cu motoatıcı alayın zabiti Mkrtç Qaramanyan mülki xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Başqa bir alayın zabiti Artur Hakopyanın isə avtomobil qəzası zamanı ayağı sınıb.
Daha bir avtomobil qəzası zamanı biri ağır olmaqla 5 hərbi qulluqçu müxtəlif xəsarətlər alıb. Əlahiddə dağatıcı taboruna məxsus UAZ markalı avtomobil işğal olunmuş Aterk yaşayış məntəqəsinin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi törədib. Qəzada 1977-ci il təvəllüdlü Haykuş Asaturovanın ayağı sınıb və kəllə-beyin travması alıb, 1983-ci il təvəllüdlü Edqar Vardanyan isə ayağından zədə alıb. Həmçinin kəllə beyin travması alan 1950-ci il təvəllüdlü Martik Abelyan və 1969-cu il təvəllüdlü Avedik Movsesyana da hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. 1959-cu il təvəllüdlü Qaregin Hovsenyan isə qanaxmadan ölməsin deyə təcili yardımla şəhər xəstəxanasına çatdırılıb.
18 oktyabr
Saat 14:30 radələrində ABŞ-ın Ermənistandakı səfirliyinin yaxınlığında Üçmüdəzin sakini, 21 yaşlı Kamo Poladyanın idarə etdiyi VAZ "2106" markalı 32 SS 733 nömrəli avtomobil 47 yaşlı İrəvan sakini Artur Varpetyan tərəfindən idarə olunan 64 SL 131 nömrə nişanlı "Mitsubishi" markalı maşınla toqquşub. Onlar "Astğik" tibb mərkəzinə yerləşdiriliblər. Sürücülərdən Kamo Poladyan, Aşxen Qalstyan və K. Poladyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət edir.
19 oktyabr
Ermənistanda "N" saylı hərbi hissənin texniki diviziya komandirinin maddi texniki təminat üzrə müavini Albert Qriqoryan, Harutyun Ağacanyan və Karapet Qevondyan külli miqdarda mənimsəmədə günahlandırılıb.
O, tutduğu vəzifədən sui-istifadə edərək rəsmi sənədlərə saxta məlumatlar daxil etməklə 890 min dram dəyərində 2300 litr avtomobil yanacağı, 659 min dram dəyərində 1920 litr dizel yanacağı mənimsəyib. Ümumiyyətlə, onun orduya 1 549 000 dram dəyərində ziyan vurduğu bildirilir.
15:50 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində təxribat törətməyə cəhd edən 1998 -ci il təvəllüdlü hərbi qulluqçu Tiqran Armenoviç Xaçatryan (İrəvanın Nork Maraş icmasından olub) cavab atəşi ilə məhv edilib.
20 oktyabr
Sosial şəbəkə istifadəçiləri Azərbaycanın işğal edilmiş Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu barədə məlumat yayıblar.
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birində silahdan istifadə qaydalarının pozulması nəticəsində 1988-ci il təvəllüdlü Aram Sirekan Xaçatryan (Vayots-Dzor vilayətinin Rind kəndinin sakini) eyni hərbi hissənin əsgəri, kiçik çavuş tərəfindən güllələnib.
1997-ci il təvəllüdlü Hraç Ararat Avedisyan 17:20 radələrində silahdan açılan atəş nəticəsində başının ön nahiyəsindən yaralanıb. Belə ki, Avedisyan ona təhkim edilən "AK-74" tipli avtomatla başına atəş açıb. Erməni əsgər Xankəndi hərbi hospitalına aparılsa da, yolda keçinib. Hadisənin daha geniş araşdırılması nəticəsində, Avedisyanın bir neçə gün öncə, eyni hərbi hissənin digər əsgəri ilə mübahisə etdiyi və zorakılığa məruz qaldığı aşkarlanıb.
21 oktyabr
Saat 06:41 radələrində, Sisyan-İrəvan avtomobil yolunun 7-ci km-də erməni hərbçilər ağır yol qəzasına düşüb. "Daiatsu Storia" markalı 34 VV 208 nömrəli avtomobil (sürücü, Qarabağ ermənisi, 1980-cı il təvəllüdlü S.H) və sərnişin (1981-ci il təvəllüdlü E.X) müxtəlif bədən xəsarətləri ilə Ağidu kəndinin hərbi hospitalına aparılıb.
Həkimlər, erməni hərbçilərindən birinin (S.H) sağlamlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirsə də, digərinin vəziyyətini (E.X) orta ağır qiymətləndiriblər.
23 oktyabr
Saat 08:50 radələrində, Vayots Dzor vilayətinin Aqarakadzor kəndinin “Qrav” adlanan ərazisində Yeğeqnadzor şəhər sakini 19 yaşlı Qevorq Xanamiryan idarə etdiyi UAZ markalı 34 UN 427 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Lakin, həkimlər Xanamiryanın həyatını xilas edə bilməyib. Onun, əməliyyat zamanı öldüyü bildirilir. Məlumata görə, UAZ markalı avtomobilin sürücüsü Qevorq Xanamiryan Ermənistan ordusunda müddətli xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Məlum olub ki, düşmən ordusunun daha 3 hərbi qulluqçusu Qarabağda Samvel Hovanesyan, Narek Alaverdyan və Aşot Qukasyan hərbi xidmət yerindən qaçdıqlarına görə barələrində axtarış elan edilib və cinayət işi açılıb. İstintaq və axtarış tədbirləri həyata keçirilir.
25 oktyabr
Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində əsgər yoldaşı tərəfindən təhqirlərə dözməyən Artur Xaçaturyan xidmət yoldaşına avtomat silahdan atəş açıb. A.Xaçaturyanın güllələdiyi hərbi qulluqçunun öldüyü, yaxud hələ yaşadığı barədə məlumat əsgərin valideynlərdən də gizlədilir.
Hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.
Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan (hərbi xidmətə Gexarkunuk vilayətinin Çəmbərək rayonundan çağırılıb) və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilib.
26 oktyabr
Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib. Məlum olub ki, K.Nuricanyan hərbi hissədən oğurladığı silahı və ona aid sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib.
Oktyabrın 19-da isə döyüş postunda növbədə olarkən oğurladığı əl qumbaralarını satmağa cəhd edən başqa bir hərbi qulluqçunun da həbs edildiyi məlum olub.
27 oktyabr
İttihama görə, K.H. adlı erməni əsgəri müşahidəçi kimi xidmətdə aparakən yatıb, daha sonra isə, döyüş mövqeyində təmizlənən əraziyə öz təbii ehtiyaclarını ödəyib. Buna görə, o, digər erməni əsgəri A.P tərəfindən döyülüb. Nəticədə, K.H xidmət yoldaşından qisas almaq məqsədilə, döyüş mövqeyinin qazmasında yerləşən silah saxlama yerinə daxil olaraq, gizli şəkildə ona məxsus avtomat silahını götürüb və silahı döyüş mövqeyində yerləşən ayaqyoluna atıb.
28 oktyabr
Saat 11:00 radələrində, Sünik vilayətinin Qafan-Mehri yolunun Lick kəndinin inzibati ərazisində Ermənistan müdafiə nazirliyinə məxsus ՊՆ 7933 Շ ( ՊՆ- müdafiə nazirliyi, Շ-sıra, nizami avtomobil mənasına gəlir) dövlət nömrə nişanlı ZİL markalı və 53 TT 111 dövlət nömrə nişanlı Mercedes markalı avtomobillər toqquşub. Məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Mehri tibb mərkəzinə aparılıb.
Saat 19:10 radələrində, Sisyan-Şenqavit magistralının 13-cü sektorunda, "VAZ-2106" markalı 35 FD 090 nömrəli avtomobil, "UAZ-3152" markalı LO 560 nömrəli avtomobillə toqquşub. Qəza nəticəsində "06"da olan 55 yaşlı Serjik Hovhannisyan yerindəcə ölüb, 31 yaşlı hərbçi Norayr Hovhannisyan isə, ağır vəziyyətdə Sisyan tibb mərkəzinə aparılıb. Lakin, Hovhannisyan da şüursuz vəziyyətdə ölüb.
31 oktyabr
İşğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.
İşğal altında olan Qarabağda Azərbaycan Ordusuna qarşı təxribata cəhd edən erməni əsgər ağır yaralanıb. Bu barədə yaralanan Alik Çarkazyan adlı əsgərin qohumları məlumat verib. (ordu.az)