Aleksey Overçuk Paşinyanla regional kommunikasiyaların açılmasını müzakirə edib
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Yenixeber.org: Tərəflər regionda kommunikasiya xətlərinin açılmasını, həmçinin dəmiryolu əlaqəsinin bərpasını müzakirə ediblər.
Onlar həmçinin ikitərəfli əlaqələr barədə də danışıblar.
Qeyd edək ki, A.Overçuk bundan əvvəl Bakıda səfərdə olub.
.