Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Milli Məclis Heydər Əliyevlə bağlı bəyanat qəbul etdi

Milli Məclis Ulu Öndər Heydər Əliyevlə bağlı bəyanat qəbul edib. 

Yenixeber.org:  Bu gün parlamentdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclas keçirilib. İclasa qatılan deputatlar Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında geniş çıxışlar ediblər. 

İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illilinə həsr edilmiş bəyanatı qəbul edilib. Bəyanatda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda xilaskarlıq missiyası haqqında qeyd edilib. Bildirilib ki, Heydər Əliyevin hər iki dəfə Azərbaycanda hakimiyyətə gəlişi ölkəmizin və xalqımızın həyatına çox ağır sınaqlara təsadüf edib: 

"Hər dəfə Heydər Əliyev xalqın ona inamını layiqincə doğruldub. Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olub, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradılıb, Azərbaycan inkişaf yoluna qədəm qoyub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam