Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Ukraynaya kütləvi raket hücumu -Ölü və yaralılar var

Rusiya gecə saatlarında Ukraynanın mərkəzində yerləşən Krivoy Roq şəhərinə kütləvi raket hücumu həyata keçirib. 

Yenixeber.org:Bu barədə şəhərin yerləşdiyi Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lisak "Telegram" kanalında məlumat yayıb. 

Onun sözlərinə görə, zərbələr nəticəsində ölü və yaralılar var. 

Krivoy Roqun meri Aleksandr Vilkul bildirib ki, şəhərdə bir neçə mülki obyekt, o cümlədən beş mərtəbəli bina vurulub. “Yəqin ki, dağıntılar altında insanlar var”, - o qeyd edib. 

Səhər saatlarında bütün Ukraynada hava hücumu sirenləri səslənib, Kiyev hərbi rəsmiləri paytaxtı hədəf alan Rusiya raketlərinin hamısının məhv edildiyini bildiriblər. 

Ukraynanın ali hərbi komandanlığı bildirib ki, hava hücumundan müdafiə qüvvələri Rusiyanın atdığı 14 qanadlı raketdən 10-nu və İran istehsalı olan dörd pilotsuz uçuş aparatından birini məhv edib. 

Ukraynanın şərqindəki Xarkov şəhərinin meri isə qeyd edib ki, Rusiya pilotsuz uçuş aparatları ilə şəhərdəki mülki infrastruktura, anbar və kommunal müəssisənin binasına zərbələr endirib. Ölənlərin olub-olmadığı barədə məlumat verilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam