Britaniyalı komitə rəhbəri:Ukrayna Donbasa böyük qüvvələrlə zərbələr endirə bilər
Ukrayna yaxın günlərdə Donbasa böyük qüvvələrlə zərbələr endirə bilər.
Yenixeber.org: Bu barədə Britaniya parlament komitəsinin rəhbəri Tobias Ellvud bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya müdafiəsində zəif yer axtarmaq üçün kəşfiyyat və formalaşdırma əməliyyatları aparır.
O hesab edir ki, Ukraynanın hücuma hazır əsas qüvvələri hələ də ehtiyatdadırlar.