Xerson yenə atəşə tutulub -3 nəfər ölüb, 12 nəfər yaralanıb
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrini 26 dəfə atəşə tutub.
Yenixeber.org: Bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.
O bildirib ki, hücum minaatanlar, artilleriya və PUA-larla həyata keçirilib.
Nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.