Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

MDB ölkələrinin Sərhəd Qoşunları rəsmiləri Bakıda TOPLAŞIR

Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-ci iclası keçirilir. 

Yenixeber.org:  Bakıda bu gün Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (MDB SQKS) 86-ci iclası keçirilir. Tədbirdə Azərbaycan Respublikası ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, MDB üzv ölkələrinin ərazisində mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu, Sərhəd Xidməti veteranlarının Beynəlxalq ictimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri və fəxri qonaqlar iştirak edir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən və Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edir.

Sərhəd Qoşunları Komandanlar Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı, 2013-cü ildə 70-ci və 2017-ci ildə 78-ci iclasları Bakı şəhərində keçirilib. 

Tədbirdən öncə Ümumilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, Ulu Öndərin ruhuna hörmət və ehtiram bildirilib. İclasda MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf tendensiyalan, MDB üzv dövlətlərinin xarici sərhədlərindən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçiriləcək, eləcə də tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. 

Bununla yanaşı, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilmiş. qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış ediləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam