Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İçməli su ermənilər üçün zəhər olub-Uşaqlar xəstəxanalara yerləşdirilirlər - VİDEO

Uzun illər Azərbaycana axan çayları təhlükəli maddələr, kimyəvi tullantılarla çirkləndirən İrəvan indi də içməli su ilə bağlı öz vətəndaşlarına qarşı oxşar addımlar atır.
Yenixeber.org: Ermənistan telekanalları yay başlayandan vətəndaşların içməli su ilə bağlı artan problemlərinə dair silsilə reportajlar hazırlayırlar.
Məsələn, "Armlur"un əməkdaşı Tairovda olarkən yerli sakinlər suyun həddindən artıq xlorlanmasından şikayətləniblər. Qeyd edilir ki, icmanın sakinləri çoxalıb və bu səbəbdən uzun müddətdir ki, içməli suyun verilməsində ciddi problemlər yaşanır. Ermənilər yay aylarında krandan içməli su götürə bilməmələrindən də gileyləniblər.
"Belə ki, son günlər içməli su tərkibinə hədsiz dərəcədə xlor vurulan yararsız artezian suları ilə əvəz olunur. Tairov sakinləri qeyd ediblər ki, keyfiyyətsiz su səbəbindən kənddə artıq xeyli uşağın bağırsaq və böyrəklərində problemlər yaşanır, onlar tez-tez ishal olurlar. Hətta bəzi ailələr bu səbəbdən uşaqlarını xəstəxanalara da yerləşdiriblər", - reportajda qeyd edilir.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın ciddi susuzluq təhlükəsi ilə də üzləşib. Tanınmış erməni jurnalistlər və ekspertlər Azərbaycanın qələbəsindən sonra bölgənin içməli su ehtiyatlarının böyük bir hissəsini öz nəzarətinə qaytardığını yazaraq, artıq regionun gələcəyini rəsmi Bakının müəyyən edəcəyini bildirirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam