Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

“Naxçıvabank” Talıbovların yalanını İFŞA ETDİ

Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" ASC uzun müddət ərzində gizli saxladığı mülkiyyətçilərini açıqlayıb. 

Yenixeber.org:   Bankın Naxçıvan Ali Məclisinin keçmiş sədri və muxtar respublikanın faktiki rəhbəri Vasif Talıbovun ailəsinə məxsus olduğu qeyri-rəsmi bildirilsə də, bank ölkə qanun vericiliyinin bu maddəsini pozaraq mülkiyyətçilərini açıqlamırdı. 

İndi isə 2022-ci il üzrə illik hesabatda bankın əsl sahibləri "görünüb". 

Rəsmi hesabata əsasən 2022-ci il dekabrın 31-ə olan vəziyyətə «Naxçıvanbank» ASC Talıbovlar ailəsinə aid 4 fiziki şəxsə məxsus olub.  

Bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66% (nəzarətedici zərf), Seymur Talıbovun 20,48%, qızı Talıbova Baharxanım 9,82%, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04% səhmi olub.  

Qeyd edək ki, "Naxçıvanbank" ASC 2008-ci ildə dövlət qeydiyyatından keçib, 2008-ci ilin 4 avqustunda isə bank lisenziyası alaraq fəaliyyətə başlayıb. 2014-cü ilin martında bank 100% özünə məxsus olan yerli sığorta şirkətini – "Naxçıvansığorta"nı təsis edib.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam