ABŞ kəşfiyyatçısı məcburən Rusiyada qalmalı olub
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden müsahibəsində Rusiyada qalmağı əvvəldən planlaşdırmadığını, lakin hazırda başqa seçimi olmadığını deyib.
Yenixeber.org: Zabitin sözlərinə görə, Şeremetyevo hava limanının tranzit zonasında 40 gün qaldığı müddətdə o, bir çox dövlətlərə sığınacaq üçün müraciət edib. Lakin onlardan bəziləri ABŞ-nin reaksiyasından qorxub, digərləri isə onun təhlükəsizliyini təmin edə biləcəklərinə əmin olmayıb.
“Başqa seçimim olmadı, Rusiyadan sığınacaq istədim. Və əldə etdim”, - deyə Snouden bildirib.