Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Qarabağa kimin gəlib-gəlməyəcəyinə Azərbaycan qərar verir -Akopyan

Qarabağa gələn ermənilərin sərhəd-keçid məntəqəsində pasportunu göstərərək, Azərbaycan əsgərindən icazə alması inteqrasiyanın birinci mərhələsinin başlaması deməkdir.

Yenixeber.org:  Bu fikirləri qondarma rejimin "deputatı" Metakse Akopyan deyib. 

Onun sözlərinə görə, Qarabağa gəliş-gediş məsələsinə Azərbaycan nəzarət edir.


"Bütün bunlar göstərir ki, Qarabağa kimin gəlib, kimin gəlməyəcəyinə Azərbaycan qərar verir. Yəni "hakimiyyətin" (qondarma rejimi nəzərdə tutur-red) burada rolu yoxdur. Onlar sadəcə Azərbaycanın oyun qaydaları ilə razılaşıblar", - deyə Akopyan separatçıların başçısı Arayik Arutyunyanın yarıtmaz "fəaliyyətini" tənqid edib. 

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam