Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Özbəkistanda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası başladı

Özbəkistanda iyulun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesinə start verilib.

Yenixeber.org: Özbəkistan Mərkəzi Seçki Komissiyası (MSK) gələn ay ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesinə başlandığını elan edib.

Buna uyğun olaraq, prezidentliyə namizədlər bu gündən etibarən seçki təbliğatı apara biləcəklər. 4 prezidentliyə namizədin mübarizə apardığı seçki kampaniyası iyulun 7-də başa çatacaq.

MSK-nın ötən həftə keçirilən iclasında siyasi partiyaların prezidentliyə namizədlərinin ərizələri qəbul edilib. Müvafiq olaraq, MSK tərəfindən Özbəkistan Liberal Demokrat Partiyasından prezident Şövkət Mirziyoyev, Xalq Demokratik Partiyasından Uluqbek İnayətov, Özbəkistan Ekologiya Partiyasından Abduşkur Həmzəyev və Ədalət Sosial Demokrat Partiyasından Roba Mahmudovanın prezidentliyə namizəd kimi qeydə alınması qərara alınıb. 

Qeyd edək ki, Özbəkistanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam