Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, leysan yağıb-Faktiki hava

Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, leysan yağıb.

Yenixeber.org: Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gəncə, Gədəbəy, Göygöl, Altıağac, Qəbələ, Şamaxı, Qobustan, Xınalıq, Oğuz, İsmayıllı, Xaltan, Balakən, Qrız, Quba, Qusarda və Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-27, Naxçıvanda 29-32, dağlıq rayonlarda 13-19, Aran rayonlarında 30-32 dərəcə isti olub.

Respublikanın əksər çaylarında sabit axım müşahidə edilib. Lakin Kür-Qıraqkəsəmən məntəqəsində 3 sm, Bərgüşadçay-Əliquluşağında 4 sm, Gəncəçay-Zurnabadda isə 9 sm artım qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam