"Yaxşı müsəlman kimi görünməliyik" -"Taliban"dan saqqal qadağası
Əfqanıstanda hakimiyyətə rəhbərlik edən "Taliban" rejimi kişilər üçün yeni qadağa tətbiq edib.
Yenixeber.org:Yeni qərara əsasən, kişilərin saqqal və bığlarını kəsmələri qadağan edilib.
Herat Elm və Fəzilət Şöbəsinin rəhbəri Əbdül Rəhman açıqlamasında deyib ki, zahiri görünüş şəriətə uyğun olmalıdır: "Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləmək üçün yaxşı müsəlman kimi görünməliyik".