Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Britaniya kəşfiyyatı:"Vaqner" ilə Rusiya MN arasında mübahisə görünməmiş səviyyəyə çatıb

"Vaqner" qüvvələrinin çoxu Baxmutdan çıxarılıb.

Yenixeber.org:  Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, son 48 saat ərzində cəbhənin bir çox hissələrində, o cümlədən bir neçə ay ərzində nisbətən sakit olan bölgələrdə döyüşlərdə intensivləşmə müşahidə olunub.
Böyük Britaniya Kəşfiyyatı "Vaqner" qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında mübahisənin görünməmiş səviyyəyə çatdığını bildirib.
"Vaqner"in sahibi Yevgeni Priqojin ilk dəfə olaraq Rusiya ordusunun "Vaqner" birləşmələrinə qarşı qəsdən öldürücü güc tətbiq etdiyini iddia edib. Bu toqquşmadan sonra "Vaqner" çox güman ki, Rusiya ordusunun briqada komandirini saxlayıb.
"Vaqner" qüvvələrinin çoxu hazırda Baxmutdan çıxarılıb. Rusiyanın hərbi ehtiyat hissələri az olduğundan, "Vaqner"in Müdafiə Nazirliyinə necə reaksiya verməsi qarşıdakı həftələrdə münaqişədə həlledici amil olacaq",- Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam