Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Ukrayna yay əks-hücumunda F-16-lardan istifadə etməyəcək" -Reznikov

Ukrayna bu yay Rusiya qüvvələrinə qarşı əks hücumda F-16 qırıcılarından istifadə etməyəcək. Lakin ölkə bütün mövcud yerüstü texnikalardan yaralanacaq.
Yenixeber.org: Bunu NHK telekanalına müsahibəsində müdafiə naziri Aleksey Reznikov deyib. O qeyd edib ki, bir sıra Qərb ölkələri ukraynalı pilotlara qırıcılardan istifadə barədə təlim keçməlidir.
Reznikov əlavə edib ki, pilotların hazırlanması müəyyən vaxt aparacaq. Eyni zamanda Ukrayna öz tərəfdaşları ilə qırıcılara texniki qulluq və təmir edə biləcək mühəndis-texniki heyətin təminatı məsələsində razılaşmalı olacaq. Onun sözlərinə görə, Ukrayna payız və ya qışda F-16-ları yerləşdirməyə hazır olacaq.
Qeyd edək ki, bir sıra Avropa ölkələri, eləcə də Kanada və ABŞ F-16 döyüş təyyarələrində Ukrayna pilotlarına təlim keçmək istəklərini bildiriblər. ABŞ prezidenti Co Bayden Yaponiyada keçirilən G7 sammitində Vaşinqtonun bu təşəbbüsə qoşulmaq niyyətini təsdiqləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam