Zelenski Rusiyaya əks-hücumdan danışdı:"Bu, film deyil,..."
Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatını görməli və hiss etməlidir, bu məqsəd ölkəmiz üçün prioritet məsələlərdən biridir
Yenixeber.org: Bunu estoniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı Ukrayna lideri Volodimir Zelenski bildirib.
"Bu, film deyil, əks-hücum əməliyyatını necə görəcəyinizi söyləmək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görür və nəinki görür, həm də hiss edir”, - deyə Ukrayna dövlətinin başçısı bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu əraziləri ruslardan azad etməyə başlayanda xalq anlayacaq ki, artıq əks-hücum gedir.