ABŞ və Çin müdafiə nazirləri qısa danışıqlar apardı
ABŞ müdafiə nazir Lloyd Ostin çinli həmkarı Li Şanqfu ilə qısa danışıqlar aparıb.
Yenixeber.org: Bu barədə Pentaqonun sözçüsü Pat Rayder məlumat verib.
Onun sözlərinə görə, nazirlər Sinqapurda Şanqri-La Dialoqunun açılış mərasimində qısa görüş keçirib.
"Nazirlər əl sıxdı, lakin əhəmiyyətli fikir mübadiləsi olmadı", - sözçü deyib.