Ukraynalı generallar axtarışa verildi -SƏBƏB
Rusiya 3 ukraynalı generalı axtarışa verib.
Yenixeber.org: Bu barədə məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb.
Sözügedən şəxslər arasında Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının rəisinin birinci müavini İqor Kolesnik də var.
“Ukraynalı generallar Donbasda 500-dən çox dinc sakinin ölümündə ittiham olunurlar”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya DİN mayın 30-u Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnını da axtarışa verilib. Onun hansı maddə üzrə axtarışa verildiyi açıqlanmayıb.(TASS)