Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Rza Murad Sahrayi İranın təhsil naziri oldu

İslam Şurasının nümayəndələri İbrahim Rəisi hökumətində təhsil naziri vəzifəsinə təklif olunan Rza Murad Sahrayini dəstəkləyiblər. Onun lehinə 167, əleyhinə isə 86 nəfər səs verib, 14 deputat bitərəf qalıb, 2 səs isə etibarsız sayılıb.
Yenixeber.org: Beləliklə cəmi 269 nümayəndənin iştirak edtiyi parlament iclasında Rza Murad Sahrayini təhsil naziri vəzifəsinə təsdiqlənib. Rza Murad Sahrayi İran parlamenti kürsüsündən rəhbərlik edəcəyi qurumla bağlı planlarından danışıb
“Cəmi bir neçə il ömrü ilə bizdən daha müxtəlif təcrübələr qazanmış nəsillə qarşı-qarşıyayıq... Biz tələbələri vəhşi kiberməkanın pəncəsindən xilas etməliyik”, - yeni nazir deyib.
İranın yeni təhsil nazirinin gənclərdən “müxtəlif təcrübələr qazanması” barədə narahatlığı və İranlı tələbələrin xarici dünya ilə ünsiyyətini məhdudlaşdırmaq məqsədi son aylarda yüksək səviyyəli hökumət rəsmilərinin də bu məsələ ilə bağlı narahatlığını ifadə etməsindən sonra dilə gətirməsi heç də təsadüfi deyil.
Rza Murad Səhrayi aprelin 7-də Təhsil naziri vəzifəsini müvəqqəti icra etməyə təyin olunduqdan az sonra, universitet tələbələri və professorlarını, təhsil işçilərini hədələyərək, hakimiyyətə qarşı istənilən etirazın cavabının qovulmaq olduğunu söyləmişdi. Beləliklə, mürtəce düşüncəli daha bir şəxs İbrahim Rəisi hökumətində mühüm vəzifələrdən birini tutdu.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam