Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Zelenski əks-hücum əməliyyatının vaxtını TƏSDİQLƏDİ

 Ali Baş Komandanın Qərargahının iclasında Ukrayna qoşunlarının hücum vaxtı ilə bağlı qərar təsdiqlənib. 

Yenixeber.org: Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşlara axşam videomüraciətində bildirib. 

O, iclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının və əməliyyat bölmələri komandirlərinin məruzələrini dinləyib. 

"Təkcə silah-sursatla təminat yox, yeni briqadaların təlimi deyil, taktikamız deyil, həm də vaxt. Ən vacibi budur. Necə hərəkət edəcəyimizin vaxtı. (Hücum-red) Edəcəyik. Qərarlar verilib". Zelenski bildirib. 

Prezident təlim keçmiş hərbçilərə təşəkkür edib. O, həmçinin bildirib ki, hazırda aktiv fəaliyyət üçün müdafiəni gücləndirmək üçün tərəfdaşlarla birgə addımlar hazırlanır. “Torpaqlarımızın tam azad edilməsinin, dəyərlərimizin tam qorunmasının alternativi yoxdur, olmayacaq”, - Zelenski vurğulayıb. 

Xatırladaq ki, bu yaxınlarda Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq əks-hücum tədbirləri həyata keçirir. 

Daha sonra o, əks-hücumun bir hadisə deyil, Rusiya Federasiyasının müxtəlif istiqamətlərdə qoşunlarının məhv edilməsini əhatə edən bir sıra hərəkətlər olduğunu qeyd edərək, sözlərini izah etmək qərarına gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam