Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Təl-Əviv İran və Amerika arasında yaşanan yeni hadisələrdən narahatdır

Son həftələrdə Amerika hökuməti İranla müvəqqəti razılaşmanın mümkünlüyünü müzakirə edib, məsləhətləşib, Tehran və Vaşinqton arasında nüvə məsələsində mesajlar mübadiləsi aparılıb.
Yenixeber.org: Bu barədə məlumat verən İsrailin “Kan” radio-televiziya şəbəkəsinin diplomatik sahəsinin müxbiri Amitai Stein öz Twitter hesabında Tehranla Vaşinqton arasında nüvə sazişində mümkün inkişafla bağlı xəbərlərdən İsrailin narahat olduğunu qeyd edib.
“İsrailin əsas narahatlığı nüvə məsələsində müvəqqəti razılığın əldə olunması ehtimalıdır. Bu o deməkdir ki, belədə İranın nüvə fəaliyyətinin bir hissəsinin dayandırılması müqabilində Amerika sanksiyaları ləğv etməyə razı olacaq. Bununla belə, İran öz nüvə imkanlarını özündə saxlayacaq” - Stein deyib.
Təl-Əvivin nüvə silahına malik İranla bağlı narahatlığı həmişə İsrail rəsmilərinin Tehrana aid şərhlərinin mərkəzində olub. İsrail ordusunun Baş qərargah rəisi Herzi Halevi son bəyanatında İranın nüvə inkişaflarını davam etdirəcəyi halda İsrailin hərbi variantı seçmək və bu obyektlərə zərbələr endirməkdən başqa çarəsi qalmayacağını vurğulayıb. O, keçən həftə İsrailin İrana hücum etmək qabiliyyətinə malik olduğunu, Tehranın isə İsrailin ona qarşı nə edə biləcəyinni yaxşı başa düşdüyünü deyib.
İsrailin milli təhlükəsizlik müşaviri Saxi Haneqbi də Təl-Əvivin İranın nüvə proqramını hərbi münaqişədən daha çox razılaşma yolu ilə cilovlamağa üstünlük verdiyini düşünür. Bununla belə, o, İsrailin lazım gələrsə, hərbi varianta əl atacağını bildirir.
İranı İsrailin ən böyük düşməni adlandıran İsrailin müdafiə naziri Yoav Qallant isə deyib ki, ərəb ölkələrinin Suriya ilə diplomatik əlaqələrinin normallaşması və bu ölkənin Ərəb Liqasında yenidən görünməsi İran hökumətinə toxunulmazlıq təmin etməyəcək. Məhz Qallant İsrailin Müdafiə naziri postunu tutandan bəri İranın Suriyadakı mövqelərinə hərbi hücumları ikiqat artırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam