Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran hökumətinin statistika oyunları

İranın iki dövlət qurumu ötən ilin avqust ayına illik nisbətdə inflyasiya səviyyəsinin 46% və 51% olduğunu açıqlasa da, İslam Şura Məclisi tədqiqat mərkəzinin araşdırmaları xalqın öz büdcəsində hiss etdiyi inflyasiyanın əslində 86% olduğunu göstərir.
Yenixeber.org:  İranın iki rəsmi qurumunun inflyasiyanın səviyyəsi barədə verdikləri statistik rəqəmlər arasında 5% fərq onsuz da xeyli sorğu-sual yaratmışdı. İslam Şura Məclisi tədqiqat mərkəzinin hesabatında göstərilən rəqəmlərin İran Statistika mərkəzinin açıqladığı inflyasiya səviyyəsindən ən azı 40% üstələməsi hökümətin açı-aşkar cəmiyyəti aldatmaqla məşğul olduğunu sübuta yetirir.
“Statistika qurumları tərəfindən açıqlanan inflyasiyanın cəmiyyət əhalisinin hiss etdiyi inflyasiya səviyyəsinə uyğun gəlməməsi son illərdə daha da güclənən məsələlərdən biridir. Qavranılan inflyasiya nisbəti ilə rəsmi qurumların ortamüddətli perspektivdə elan etdiyi inflyasiya nisbətindəki fərq ölkənin rəsmi statistikasına ziyan vurur. İnsanların və əhali qruplarının müxtəlif istehlak modelləri kirayəçilərin inflyasiya səviyyəsini, uşaqlı insanların inflyasiya səviyyəsini, qadınların başçılıq etdiyi ev təsərrüfatlarının və müxtəlif sosial və gəlir qruplarının inflyasiya səviyyəsini göstərir”, - tədqiqat mərkəzinin açıqlamasında deyilir.
Buna görə də, İranın Mərkəzi bankının və dövlət Statistika mərkəzinin bütün iqtisadiyyatda orta qiymət artımına söykənən inflyasiya dərəcəsi heç də müxtəlif qrupların inflyasiya səviyyəsini özündə əks etdirmədiyini vurğulayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam