Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

KİV:Cənubi Koreya Prezidenti NATO-nun Litvada keçiriləcək sammitində iştirak edə bilər

Cənubi Koreya Prezidenti Yun Suk Yol bu ilin iyulunda NATO-nun Litvada keçiriləcək sammitində iştirak edə bilər.

Yenixeber.org: Bu barədə yerli TBS TV (Korean) kanalı məlumat yayıb.

Kanalın sözlərinə görə, Koreya lideri sammitdən əvvəl, ya sonra Ukraynaya da səfər edə və Ukrayna Prezidenti Vladimir Zelenski ilə silah tədarükünə dair danışıqlar apara bilər.

Həmçinin əlavə olunub ki, sammitdə Yaponiyanın Baş naziri Fumio Kişida da iştirak edəcək.

Qeyd edək ki, NATO-nun sammiti 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti artıq keçən il Madriddə keçirilən Şimali Atlantika Alyansı liderlərinin toplantısında iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam