Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ASAPES Serbiyanın Niş Universiteti ilə əməkdaşlıq edəcək-FOTOLAR

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Serbiyanın Niş Universitetinin “İdman və bədən tərbiyəsi” fakültəsi arasında əməkdaşIıq Memorandumu imzalanıb.
Yenixeber.org: ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə və Niş Universitetinin “İdman və bədən tərbiyəsi” fakültəsinin professoru doktor Milovan Bratik tərəfindən imzalanan və 5 illik dövrü əhatə edəcək Memoranduma əsasən, tərəflər birgə elmi, tədris, texniki, təşkilati, beynəlxalq və ya digər məsələlərlə bağlı, həmçinin elmi məlumat və nəşrlər, sənədlər, tədris materialları və digər məlumatların mübadiləsini həyata keçirəcəklər.
Bundan başqa, ASAPES və Niş Universitetinin “İdman və bədən tərbiyəsi” fakültəsi xüsusi protokollar əsasında həm magistratura, həm də bakalavr pilləsi üzrə tələbələrin, müəllim və inzibati heyətin mübadiləsi, Aİ və ya digər beynəlxalq proqramlara xüsusi istinad etməklə birgə tədqiqat və layihələrin həyata keçirilməsi, seminarlar, beynəlxalq görüşlər, intensiv proqramlar və tam birgə kurikulumlar kimi birgə təhsil təşəbbüslərinin inkişafı, birgə nəşrlərin və dərsliklərin nəşrində mümkün əməkdaşlıq, habelə mövcud nəşrlərlə bağlı əməkdaşlıq və s. kimi prioritet istiqamətlər üzrə də əməkdaşlıq edəcəklər.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam