Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Qarabağla bağlı üçtərəfli bəyanatın alternativi yoxdur -Lavrov

"Cənubi Qafqazdakı vəziyyətin nizamlanması üçün Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının alternativi yoxdur". Bunu Moskvada erməni və azərbaycanlı həmkarları ilə üçtərəfli görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Yenixeber.org: Onun sözlərinə görə, sonuncu dəfə belə formatda görüşlər kifayət qədər uzun müddət əvvəl olub, bu müddət ərzində bir çox hadisələr baş verib və Lavrov görüşün konstruktiv atmosferdə keçəcəyini gözləyir. Lavrovun fikrincə, Ararat Mirzoyan ilə Ceyhun Bayramovun birbaşa dialoqu əlavə nəticələr əldə etməyə kömək edəcək.
Üçtərəfli formatda Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün spektrinə baxmağı və Rusiyanın imkanlarını nəzərə alaraq gələcək addımların razılaşdırılmasını təklif edib. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etdik, hesab edirik ki, liderlərimizin razılaşmalara alternativi yoxdur.
Rusiya regionda sülh və sabitlik istəyir, vəziyyətin sabitləşdirilməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edəcək və ümid edir ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan bütün digər dövlətlər onlara hörmətlə yanaşacaqlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam