Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Türkiyədə 16 nazir deputat SEÇİLDİ -SİYAHI

Ötən gün Türkiyədə keçirilən parlament seçkilərində namizədliyi irəli sürülmüş 16 hökumət üzvü deputat seçilib. 

Yenixeber.org:Hökumət üzvlərinin 15-i böyük şəhər olmaqla 16 seçki dairəsindən parlamentə düşə bilib. 

Parlamentə seçilən hökumət üzvləri aşağıdakılardır: 

Türkiyənin vitse-prezident Fuat Oktay - Ankara

Ədliyyə naziri Bəkir Bozdağ - Şanlıurfa

Ailə və sosial xidmətlər naziri Derya Yanık - Osmaniye

Əmək və sosial müdafiə naziri Vedat Bilgin - Ankara

Ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri Murat Kurum - İstanbul

Xarici işlər naziri Mövlud Çavuşoğlu - Antalya

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez - Əskişəhər

Gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu - İzmir

Xəzinə və maliyyə naziri Nurəddin Nebati - Mersin

Daxili işlər naziri Süleyman Soylu - İstanbul

Təhsil naziri Mahmud Özer - Ordu

Milli müdafiə naziri Hulusi Akar - Kayseri

Sənaye və texnologiya naziri Mustafa Varank - Bursa

Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi - Kahramanmaraş

Ticarət naziri Mehmet Muş - Samsun

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu - Trabzon 

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb. 

Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb. 

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam