Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ASAPES-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş konsert olub -VİDEO

“Heydər Əliyev İli” çərçivəsində mayın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Yenixeber.org: Konsert Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Olimpiya çempionları, Akademiyanın rektoru Fuad Hacıyev, prorektorlar, professor-müəllim və inzibati  heyət, həmçinin tələbələr iştirak edib. 
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri müxtəlif çalğı alətlərində və vokal sənəti üzrə Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət nömrələrlə çıxış ediblər.
Qeyd edək ki, konsert “Heydər Əliyev ili” çərçivəsində Akademiyada keçirilən müxtəlif silsilə tədbirlər siyahısına aiddir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam