Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır" -Simonyan

 "Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Üstəlik, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaqda maraqlıdır və hazırdır".

Yenixeber.org: Bunu  Ermənistan parlamentinin spikeri Alen Simonyan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
“Biz regionun ticarət baxımından açılmasında, Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların və malların sərbəst hərəkətində heç bir problem görmürük”, - Simonyan bildirib.
Simonyan vurğulayıb ki, Türkiyəsiz regionda sülhün bərqərar olması mümkün deyil. Bu baxımdan İrəvan Türkiyənin bu istiqamətdə addımlar atacağına ümid edir.
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasından danışan Simonyan qeyd edib ki, bunun üçün siyasi iradə lazımdır.
İrəvan və Bakı 2022-ci ildə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
Rusiyanın iştirakı ilə 2020-ci ildə müharibəyə son qoyulması ilə bağlı üçtərəfli bəyannamənin imzalanmasına baxmayaraq, son zamanlar Qərb platformalarında, xüsusən də Vaşinqtonun iştirakı ilə yekun sülh sazişi ilə bağlı müzakirələr tez-tez baş verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam