Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

"Bütün idman zallarında kameralar quraşdırılmalıdır"-Deputat

“İdman zalındakı görüntülər sarsıdıcıdır. Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır”. 

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov bildirib. 

“Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Eyni zamanda uşaqlara da səslənirik ki, belə hallarla qarşılaşdıqda polisə bildirsinlər”, - deyə deputat vurğulayıb. 

Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam