Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Sərhəd məntəqəsindən sərbəst keçid təmin olunur - FOTOLAR 

Ermənilərin sərhəd məntəqəsindən keçidi təmin olunur - FOTOLAR 
Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçid təmin olunub.

Yenixeber.org: Nəzarət-buraxılış məntəqəsində xidmətlə bağlı yayılan kadrlardan göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq, nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir.

Azərbaycan sərhədçiləri vəzifələrinin icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər.

Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə” və Laçın yolunun “blokada”sı ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil.

Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsində təhlükəsizliyə və hərəkətə nəzarət tam təmin edilib, insanların qayda-qanun çərçivəsində sərhədi keçməsi ilə bağlı heç bir problem müşahidə olunmur.

Bu, bir daha göstərir ki, Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmasının məqsədi heç də Ermənistan tərəfinin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etmək, ölkəmizin ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam